"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.12-ci bəndinin icrası istiqamətində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə Azərbaycan Milli Antidopinq Agentliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Güləş Federasiyasında idmançılar üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı şəhəri Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağan olunan narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, habelə qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə ətraflı məlumat verilib, o cümlədən bu cür vasitələr Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan Edilmiş Siyahısına da daxildir və onlardan istifadə həm vətəndaş, həm də idmançı statusunda müvafiq hüquqi məsuliyyətə səbəb olur. Narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti, gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə də toxunulub. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə", “Marixuana haqqında həqiqət” adlı bukletlər iştirakçılara paylanılıb.

Azərbaycan Güləş Federasiyasında idmançılar üçün maarif..
Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ..
Mingəçevir Olimpiya İdman Kompleksində maarifləndirici ..
Ağsu rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..
Ağsu rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçiv..
"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Ağsu ray..
Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində maari..
İsmayıllı rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi ç..
Füzuli rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Şəki Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..
İsmyaıllı rayonunda narkomanlığa qarşı növbəti maariflə..