“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində tədbir təşkil edilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin, Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilib.
O cümlədən, narkotik asılılığının formalaşma mərhələləri izah edilib, mənəvi-əxlaqi dəyərlərin təbliği, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi qeyd olunub.
Eyni zamanda, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın əhəmiyyəti xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

Dövlət İqtisad Universitetində maarifləndirici tədbir k..
Azərbaycan Dövlət Pedaqoji universitetinin Ağcabədi fil..
Sabunçu rayonunda internat tipli məktəbdə narkomanlığa..
Ağcabədi rayonunda növbəti maarifləndirici aksiya təşki..
Ağcabədi rayonunda maarifləndirici tədbir təşkil olunub..
Lənkəran şəhərində “Narkomaniya dövrün bəlası” adlı maa..
Zərdab rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərç..
Zərdab rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Masallı rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Neftçala rayonunda narkomanlığa qarşı növbəti maariflən..
Masallı rayonunda narkomanlığa qarşı növbəti maariflənd..
Neftçala rayonunda məhkəmə qərarları əsasında müsadirə ..