Qalereya

Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tədbiri təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı və 8.4.14-cü yarımbəndlərinə əsasən, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili çərçivəsində Beyləqan rayonunun Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbində növbəti tədbir təşkil olunub.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsiri izah olunub.

Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar”, “Narkotiklər haqqında həqiqəti bilin”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar şagirdlərə paylanılıb.

/img/gallery/100x100/2026_11_17_09_24_31_69ec.png
  1. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..

  2. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..

  3. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..

  4. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..

  5. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..

  6. Beyləqan rayonunda şagirdlər arasında maarifləndirmə tə..