“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında antinarkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi nümayəndələri müəllim və tələbələr iştirak ediblər.
Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkotiklərdən asılılıq problemi barədə biliklərinin artırılması məqsədilə onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə ilə bağlı qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar izah edilib.
İnteraktiv şəkildə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin, gənclərin bu sahədə məlumatlılığının artırılmasının və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Marixuana haqqında həqiqət”, “Psixotrop maddələr haqqında həqiqət” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları tələbələrə paylanılıb.

Qazax rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Qazax rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Növbəti maarifləndirmə tədbiri Bakı Dövlət Universiteti..
Qazax Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirmə ..
Qazax rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Ağstafa rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Azərbaycan Dövlət Aqrar Universitetində maarifləndirmə ..
Samux rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..
Gəncə şəhərində məhkəmə qərarları əsasında müsadirə olu..
Şamaxı rayonunda veloyürüş təşkil edilmişdir..
Şamaxı rayonunda maarifləndirmə tədbiri keçirilib..