Qalereya

Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomaniya və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgə təşkilatçılıqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan, habelə törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər.

O cümlədən, narkotik asılılığının formalaşma mərhələləri izah edilib, mənəvi-əxlaqi dəyərlərin təbliği, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkinmələri barədə söhbətlər aparılıb.

Eyni zamanda, asudə vaxtın səmərəli təşkilinin, idmanla, incəsənətlə və ictimai faydalı əmənlə məşğul olmağın əhəmiyyəti xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

/img/gallery/100x100/2026_11_24_11_31_58_d165.png
  1. Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..

  2. Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..

  3. Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..

  4. Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..

  5. Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..