"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci və 8.4.14-cü yarımbəndlərinə əsasən, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti, habelə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri və psixoloqlarının bu sahə üzrə məlumatlılığının artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin akt zalında valideynlər və müəllimlər üçün növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti barədə danışmışlar. Çıxışçılar xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyyətinə, həmçinin "Valideynlər üçün tövsiyə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Şəki şəhərində narkomanlığa qarşı maarifləndirici aksiy..
Ağstafa rayonunda valideynlər və müəllimlər üçün maarif..
Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Tovuz..
Tovuz rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Qazax rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Qazax rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Növbəti maarifləndirmə tədbiri Bakı Dövlət Universiteti..
Qazax Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirmə ..
Qazax rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Ağstafa rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Azərbaycan Dövlət Aqrar Universitetində maarifləndirmə ..
Samux rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..