Qalereya

Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim keçirilib.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı  ilə tədbir təşkil olunub.

 Tədbirdə çıxış edən Büllur Məmmədova bildirib ki, görüşün əsas məqsədi Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə gəncləri cəlb etməkdir.

 Sonra “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

 Təlimdə işçi qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib.

  Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” bukletlər “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_11_23_14_36_38_abb9.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim k..

  2. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim k..

  3. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim k..