Qalereya

Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Lənkəran Şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilmişdir.

Belə ki, Lənkəran şəhəri üzrə 10 kənd üzrə 400 gənc üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_08_20_15_47_59_79cc.jpg
  1. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  2. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  3. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  4. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  5. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  6. Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çə..

Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndirici tədbir keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Lənkəran şəhərində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Lənkəran şəhər təhsil sektorunun, şəhər polis şöbəsinin əməkdaşları,Lənkəran Narkoloji dispanserinin direktoru, müəllimlər, psixoloq və valideynlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_08_19_12_28_21_040a.jpg
  1. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  2. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  3. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  4. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  5. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  6. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  7. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

  8. Lənkəranda narkomanlıqla mübarizəyə dair maarifləndiric..

Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə şəhər ərazisində növbəti maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalareləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

/img/gallery/100x100/2026_08_19_10_12_38_a084.jpg
  1. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  2. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  3. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  4. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  5. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  6. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  7. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  8. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  9. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

  10. Lənkəranda narkomanlığa qarşı növbəti maarifləndirici a..

"Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında Lənkəran Şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi  fəaliyyət göstərən İşçi qrupunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_08_19_09_20_36_c571.jpg
  1. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  2. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  3. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  4. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  5. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  6. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  7. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  8. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  9. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

  10. "Səyyar Gənclər Xidməti" Lənkəranda maarifləndirmə tədb..

Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair monitorinq və qiymətləndirmə başa çatıb

     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icra vəziyyətinin öyrənilməsi məqsədilə 2025-ci ilə dair monitorinq və qiymətləndirmə aparılıb.
     Aparılmış monitorinq çərçivəsində Dövlət Proqramının 4 prioritet istiqaməti — "Təşkilati tədbirlər", "Normativ-hüquqi bazanın təkmilləşdirilməsi", "Beynəlxalq tədbirlər" və "Profilaktika və maarifləndirmə tədbirləri" üzrə icra dinamikası qiymətləndirilib.
     Monitorinq və qiymətləndirmənin yekun nəticələri jurnal formasında tərtib olunaraq çap edilib və müvafiq dövlət qurumlarına təqdim olunub.

/img/gallery/100x100/2026_08_18_11_45_53_263f.png
  1. Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair mon..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-iyul aylarının yekununa dair

2026-cı ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4963 cinayət faktı aşkarlanmışdır. Onlardan 1250-si narkotik vasitələrin qanunsuz satışı, 3613-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  6 ton  223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin  5 ton 307 kq 260,329 qramını marixuana, 257 kq 073,146 qramını heroin, 124 kq 912,418 qramını tiryək, 247 kq 630,147 qramını həşiş, 125 kq 541,94 qramını digər narkotik vasitələr və 161 kq 101,077 qramını  psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 34983 ədəd həb metadon, 12715 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 4,5 qr  və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr  aşkar edilərək götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1167,2 hektar sahədən yaş kütləsi 327 ton 716 kq olan 3.960.601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min  AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilmiş, onlardan 3188-i kişi, 94-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kq 433,185 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qr) çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114  fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon  narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 383 kq 889,2 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

1785 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan  1 ton 420 kq 687,41 qr  müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-iyul  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 251 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 382 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 30 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 25 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 98 nəfər,  məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 31 nəfər azalmışdır, həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 160, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 274 kq 046,039 qr artmışdır.

2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 395,167 qr (9,7%)  azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 307 kq 260,329 qr-nı (85,2%) marixuana təşkil etmişdir. Onun da 4 ton 422 kq 155,169 qr qramı (83,3%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 885 kq 105,16 qramı (16,6%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci il tarixdə  və 11-12 iyun 2026-cı il tarixlərdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda oaln narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram, 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 36 rayon və şəhərdə 957məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kq 177,238 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 131 ədəd çətənə bitkisi və 27 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir. 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54434 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3778 nəfərdən 1851 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində 121 nəfər)  667 xəstə müalicə alır.

2026-cı ilin yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 548 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 118 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində 2026-cı ilin yanvar-iyul ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 219 tədbir (154 maarifləndirici və təşkilati tədbir, təlim, 65 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2026_08_17_12_09_52_b20f.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan rayonunda növbəti maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilmişdir.

Belə ki, Qobustan rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_08_13_09_49_16_7b86.jpg
  1. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  2. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  3. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  4. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  5. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  6. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  7. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  8. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  9. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

  10. "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan..

Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim keçirilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən  Quba  Olimpiya İdman Kompleksində təşkil olunmuş gənclərin caz düşərgəsində məlumatlandırıcı və maarifləndirici təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış ediblər. Çıxışlarda narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomanlığa qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik risklər, hüquqa zidd əməllər və onlara görə hüquqi məsuliyyət mövzularına da toxunulub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində iştirakçılara "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Yeniyetmələr və gənclər üçün" və "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici materiallar təqdim olunub.

/img/gallery/100x100/2026_08_12_10_56_59_e3b0.jpg
  1. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

  2. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

  3. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

  4. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

  5. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

  6. Quba Olimpiya İdman Kompleksində maarifləndirici təlim ..

Qobustan rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyirmi masa keçirilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü bəndinin icrası məqsədilə Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri üçün maarifləndirici təlim təşkil olunub.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, rayon polis şöbəsinin əməkdaşları, müəllimlər, psixoloq və valideynlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_08_12_10_21_17_6b54.JPG
  1. Qobustan rayonunda narkomanlığa qarşı mübarizəyə dair d..

  2. Qobustan rayonunda narkomanlığa qarşı mübarizəyə dair d..

  3. Qobustan rayonunda narkomanlığa qarşı mübarizəyə dair d..

Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilmişdir.

Belə ki, Qobustan rayonu üzrə 10 kənd üzrə 400 gənc üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_08_12_09_53_56_2bd2.jpg
  1. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  2. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  3. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  4. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  5. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  6. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  7. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

  8. Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..

Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyirmi masa keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü bəndinin icrası məqsədilə Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri üçün maarifləndirici təlim təşkil olunub.

Tədbirdə  Quba rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, rayon polis şöbəsinin əməkdaşları, müəllimlər, psixoloq və valideynlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_08_12_09_36_44_6add.jpg
  1. Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..

  2. Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..

  3. Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..

  4. Quba rayonunda narkomanlığa qarşı mübarizəyə dair dəyir..

"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Qobustan rayonunda maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlər təşkil edilmişdir.

Belə ki, Qobustan  rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştiraki ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilmişdir

/img/gallery/100x100/2026_08_12_09_18_00_9d86.jpg