Yardımlı rayonunda zərərli vərdişlərin və narkomaniyanın profilaktikası mövzusunda tədbir keçirilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə aidiyyəti qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə oktyabrın 12-də Yardımlı rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Yardımlı rayon İcra hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının tərəfdaşlığı ilə Sağlam Yaşa İctimai Birliyi tərəfindən narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərin profilaktikası mövzusunda  yığıncaq keçirilmişdir.

  Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı və ictimaiyyət nümayəndələri çıxış edərək narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, region üçün xarakterik fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə və bu istiqamətdə ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən bəhs etmişlər.

  Bununla yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.




Viewed: 1069