“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Bərdə rayonunda tədbirlər keçirmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində 24-25 noyabr 2015-ci il tarxilərində Bərdə rayonunda Zərifə xanım Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseydə, həmçinin 3 və 8 saylı tam orta məktəblərdə “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbirlər keçirmişdir.

  Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri Şahin Hüseynov, Xaliq İbrahimsoy, Yalçın Şükürov, Mübariz Abbasov, Ruslan Əliyev, Bərdə rayonunun İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Əzizov, Polis Şöbəsinin nümayəndəsi Elçin Talıbov, Təhsil Şöbəsinin nümayəndəsi Vüsal Quliyev, Gənclər və İdman İdarəsinin nümayəndələri Anar Şahbazov və Aydın Qasımov, direktorlar Vidadi Süleymanov, Səfurə Hümbətova, Qənbər Ağayev, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

  Çıxış edən ekspertlər, nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

  Tədbir çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən qeyd edilən məktəblərin yuxarı sinif şagirdlərinə ümumilikdə 350 ədəd 2 formada maarifləndirici buklet, 215 ədəd üzəri yazılmış köynək paylanılmış, iştirakçılarla söhbət və müzakirələr İctimai Birlik tərəfindən həmin məktəblərin bufetlərində açılan süfrə ətrafında davam etdirilmişdir.




Viewed: 908