Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 8 dekabr 2015-ci il tarixdə saat 11:00-da Nizami rayonu 12 nomrəli məktəbin akt zalında Nizami Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Devizimiz-sağlam həyat tərzidir” adlı maarifləndirici tədbir keçirmişdir.
Təşkil edilmiş tədbirdə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, ictimai xadimlər, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Qeyri-Hökumət təşkilatlarının və aidiyyəti qurumlarının nümayəndələri iştirakı ilə narkomaniyanın törətdiyi fəsadlar mövzusunda hazırlanmış rəsm müsabiqəsinə baxış keçirilmiş və narkotiklərin insan orqanizminə məhvedici təsiri, zərərli vərdişlərin qarşısının alınması mövzusunda məktəblilər tərəfindən səhnələşdirilmiş “Sən şəxsiyyətsən hədəf deyilsən” adlı tamaşa numayiş olunmuşdur.
Tədbirdə Nizami rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının 2015-ci ilə dair görülmüş işlərin hesabatı dinlənilmişdir. Bununla yanaşı Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermişdirlər. Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən rəsm müsabiqəsində fərqlənmiş şagirdlərə hədiyyələr təqdim edilmişdir.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir Azərbaycan Dövlət televiziyası və İctimai televiziya vasitəsilə işıqlandırılmışdır.