Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni əyani vəsaitlər hazırlanmışdır.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar   pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  Eyni zamanda “Narkomaniyanın Hədəfinə Çevrilməmək Naminə Sağlam Həyat Tərzi Seçin”, “Övladlarımızı narkotiklərdən qoruyaq Gələcəyimizi xilas edək”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Narkomaniya sakit ölümdür” adlı maarifləndirici bukletlərin kütləvi şəkildə paylanılması nəzərdə tutulmuşdur.




Baxılıb: 879