Səbail rayonunda “Səbail gəncləri ağ ölümə yox deyir” mövzusunda tədbir keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 03 mart 2016-ci il  tarixdə 132-134 saylı Təhsil Kompleksində Səbail Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə “Səbail gəncləri ağ ölümə yox deyir” adlı maarifləndirici tədbir keçirmişdir.

  Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və aidiyyəti qurumların  nümayəndələri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş,  şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış video çarxlar nümayiş olunmuş, bundan əlavə əyani vəsaitlər  “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Ovladlarimizi narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

  Tədbir  “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 880