Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə “Tədbirlər Planı” hazırlanmışdır.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və təsirliyinin artırılması o cümlədən qeyd olunan istiqamətdə görülən işlərin davamlı və birgə həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında  “Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.

   Təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, cari il ərzində cəzaçəkmə müəssisələrində narkomanlıq, həmçinin QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası və s. mövzularda təbliğat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.




Baxılıb: 921