Dövlət Komissiyasının təşəbbüsü ilə həyata keçirilən sms maarifləndirmə işi davam etdirilir

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələri (DK İşçi Qrup: Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun! www.nmdk.gov.az, DİN 012/690-21-10, RNM 012/372-91-88) cari ilin 05 iyul tarixindən etibarən “Bakcell mobil rabitə operatoru tərəfindən sms vasitəsilə abunəçilərinə göndərilir.

   SMS maarifləndirmə mərhələli qaydada həyata keçiriləcək və 4 gün ərzində təqribən 2 milyon abunəçiyə ünvanlanacaq.




Viewed: 1599