2016-cı ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat

    2016-cı ilin 6 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1743 fakt aşkar edilmişdir ki, onlardan 457-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1164-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 106-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 629 kq 621,527 qr müxtəlif növ narkotik vasitələr və o cümlədən 7631 ədəd çətənə kolu müsadirə olunmuşdur.

   Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 395 kq 757,789 qr marixuana (24%), 175 kq 328,749 qr tiryək (10,9%), 1 ton 024 kq 637,156 qr heroin (63%), 17 kq 485,739 qr həşiş (1,1%), 16 kq 045,932 qr digərləri (1%) və 366,162 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil etmişdir.

   Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 101 ton 459 kq 875,78 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.

    Cinayət məsuliyyətinə 1154 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 80-i 18-25 yaşadək, 206-ı 26-29 yaşadək, 867-i 30 yaşdan yuxarı, 8-i fəhlə, 5-i maddi məsul şəxs, 1023-ü işləməyənlər, 1141-i kişilər, 13-ü qadınlar, 11 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 515 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 6-ı  İran İslam Respublikası, 2-i Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan  Respublikasının vətəndaşı olmuşdur.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2015-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülmüş, 2.118 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

   Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2016-cı ilin 6 ayı ərzində  Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 283 nəfər təşkil etmişdir ki, onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşı, 7-i (2,5%) isə əcnəbilərdir.

   Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 01 iyul 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5912 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 5714-ü (97%) Azərbaycan vətəndaşı, 190-ı (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4406-ı (75%) kişi, 1506-ı (25%) qadındır.

   İİV-ə yoluxması təsdiq olunmuş 5912 nəfərdən 2865-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2122 (74,1%) nəfər dispanser qeydiyyatındadır.

   01.07.2016-cı il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3240 nəfər təşkil etmişdir ki, onların da 1533 nəfəri İNİ - olmuşdur. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 280 pasiyentdən,74 nəfərində İNİ aşkar edilmişdir.

   2016-cı ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 11.715 nəfər keçmişdir. Onlardan 478 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 243 nəfər istifadəçi aşkar olunaraq  müvafiq qeydiyyata götürülmüşdür.

   Həmçinin, cari ilin 6 ayı ərzində  1.321 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10),  748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilmişdir.Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 180 xəstə müalicə alır. Onlardan 132 nəfəri Respublika Narkoloji Mərkəzdə, 48 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.




Baxılıb: 922