Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması işi davam etdirilir

   Baş nazirinin müavini, Narkomanlığa və Narkotik    Vasitələrin    Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması)icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə cari ilin 24 oktyabr tarixindən etibarənMingəçevir, Şəki, Qəbələ, Zaqatala, Qax, Balakən, Kürdəmir, Ağdaş, Ağsu, Şamaxı, Ucar, Zərdab şəhər və rayonlarında təlim-məşğələlərin keçirilməsi nəzərdə tutulur.

  Təlimlər qeyd olunan rayonlar üzrəyerli Komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqları,  orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil olunacaqdır.

    Eyni zamanda təlim iştirakçılarıDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda metodik vəsaitlər, bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və digər zəruri təbliğat materialları (o cümlədən diskə daxil edilmiş elektron variantda əlavə olunmaqla) ilə təmin edilməsi həyata keçiriləcəkdir.




Viewed: 731