Narkomaniyaya qarşı mübarizədə hamı bir olmalıdır.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, pisxotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Abşeron rayonunun Gənclər və İdman idarəsi, təhsil, polis, səhiyyə, şöbələri və Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya birgə tədbirlər planı hazırlamış, həyata keçirilməsi üçün işlər aparılmışdır. Belə ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində pedoqoji kollektivlərdə şagirdlərin, valideynlərin, hüquq mühafizə orqanları və səhiyyə şöbəsi işçilərinin iştirak ilə seminarlar, dəyirmi masalar və görüşlər keçirilmişdir. Tədbirlər planına uyğun olaraq təhsil şöbəsinin işçiləri məktəblərdə və məktəbdənkənar tərbiyə müəssisələrində “Narkotik maddələrin cəmiyyət üçün mənfi təzahüləri” “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Narkotik maddələrin cəmiyyətdə törətdiyi fəsadlar” “Narkotik maddələrin cinsi hüceyrələrə təsiri” və s mövzularda dəyirmi masalar və yığıncaqlar keçirmişlər.

  Narkotik maddələrin insan sağlamlığına vurduğu ziyan elmi şəkildə izah edilərək narkomaniyanın milli mentalitetmizə yad təzahür olduğu qeyd edilmişdir. 
  Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyaəsinə qarşı mübarizə ilə bağlı imzalanan fərman və sərəncamların icrası ilə əlaqədar və eləcə də “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın həyata keçirilməsi sahəsində rayon komissiyası bir sıra tədbirlər reallaşdırmışdır.

  Yeniyetmə və gənclər arasında müntəzəm olaraq “Mənim yaxınım narkoman olsa” mövzusunda sosioloji sorğu, “Narkotikasız sağlam həyat” mövzusunda rəsm sərgisi və “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

  Narkomanlığın profilaktikası mövzusunda kütləvi informasiya vasitələrində materiallar verilmiş, təbliğat və marrifləndirmə işi aparılmışdır. Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin məskunlaşdığı yerlərdə təbliğat və maarifləndirmə işləri görülmüşdür. 
  Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, onun alqı-satqısı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları ilə birlikdə reydlər keçirilmişdir. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilmiş və nəzarətə götürülmüşdür. Səhiyyə şöbəsi ilə daim əlaqə saxlanılaraq, narkotik maddələrin qəbuluna aludə olmuş gənclərin sağlam həyat tərzinə qaytarılması məqsədi ilə onların müalicə olunmaları üçün birgə səylər göstərilir.

  Gənclər və idman idarəsinin bu sahədə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri gənclərin sağlam ruhda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkilidir. Bunun üçün idman tədbirlərinə geniş yer verilir və belə tədbirlərin keçirilməsinin kütləvi hal almasına çalışılır. Rayonumuzda kütləvi idman növlərindən olan futbola və karateyə daha çox gəncləri cəlb etmək üçün bu idman növləri üzrə rayon birincilikləri keçirilir. Respublika səviyyəli yarışlarda iştirak edilir. Artıq 7000-ə yaxın gənc idmanla məşğul olmağa cəlb edilmişdir və RİH-in müvafiq komissiyalarının iştirakı ilə narkotik vasitələrin, psixotrop maddələrin prekusorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş seminarlar keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Xaş-Xaş-2014” şərti adlı kompleks əməliyyat axtarış profilaktik tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin yerlərdə nümayəndəliklərinin və rayon polis şöbəsinin rəhbərliyinin iştirakı ilə rayonda yerləşən Xırdalan şəhərində, kəndlərdə, məktəblərdə “Narkomaniya əsrin bəlasıdır” və digər mövzularda elmi-praktik konfranslar keçirilmişdir.

  Rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkinlərini aşkar etmək, narkotik vasitələrin hazırlanmasının qarşısını almaq məqsədi ilə narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının rəhbərliyi altında və digər xidmət sahələrinin iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

  Keçirilmiş əməliyyat tədbirləri nəticəsində ərzində narkotiklərlə bağlı 102 cinayət faktı qeydə alınmışdır. Bunlardan 9 fakt satış, 1 fakt əkin 92 fakt narkotik vasitələrdən istifadə etməkdir. Tutulub saxlanılanlar arasında 98 nəfər kişi, 4 nəfər qadın olmuşdur. 
  2014-cü il ərzində rayonun qəsəbə və kəndlərində yerləşən umumtəhsil məktəblərində, Xırdalan şəhər Heydər Əliyev Mərkəzinin akt zalında “Narkomanlığa qarşı mübarizə sağlam həyat deməkdir” mövzusunda rayon komissiyasının təşkilatcılığı ilə geniş seminar keçirilmişdir. Semnarın işində Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşci Qurupunun məsul işcisi Raqif Allahverdiyev iştirak etmişdir. Keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

İ.Gülməmmədova, 
Abşeron Rayon İcra Hakimiyyəti başçının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Viewed: 881