1 dekabr-QİÇS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirildi

    30 noyabr tarixində, Suraxanı Gənclər Evində, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 dekabr-QİÇS-lə Beynəlxalq Mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirildi.
    Tədbir çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun və aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzuya dair çıxışlar edərək, zərərli vərdişlərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar verdilər

    Tədbir zamanı Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanıldı, iştirakçılardan könüllülük əsasında qan nümunələri götürülmüş, xüsusi testlərlə yoxlama aparıldı.

    Maarifləndirici tədbirin ikinci-konsert hissəsində Bülbülə Mədəniyyət Evinin kollektivi rəqs və musiqi nömrləri ilə çıxış etdilər.




Baxılıb: 1472