Yevlax şəhəri ərazisində 5 ton 780 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilib.

   Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2016” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Yevlax rayonunun Aran Bələdiyyəsi ərazisində 4,30 ha sahədən 43722 ədəd, çəkisi 3 ton 150 kiloqram və Qaramanlı kənd bələdiyyəsi ərazisində 3,50 ha sahədən 39548 ədəd, çəkisi 2 ton 630 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 3091