“Gənclər narkomaniyaya yox deyir” mövzusunda konfrans keçirildi.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Daxili İşlər və Səhiyyə Nazirliklərinin əməkdaşlarının iştirakı ilə 09 iyun 2016-cı il tarixində Gəncliyə Yardım Fondunun inzibati binasında “Gənclər narkomaniyaya yox deyir” mövzusunda gənclərin və məktəblilərin iştirakıyla konfrans tədbir keçirildi.

   Tədbirdə çıxış edən hər bir natiq dinamik inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirdilər. Məhz bu məqsədlə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirilir. Narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə sağalmaz yara vurduğunu, narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu bəlaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırıldı.

   Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı.

   Tədbirin sonunda hər bir iştirakçıya Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkomaniyanın fəsadlarını göstərən  bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri verildi və narkomaniyanın törətdiyi bəlalardan bəhs edən qısa metrajlı videoçarx nümayiş olundu.

   Tədbir kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.




Viewed: 973