“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası olaraq, həmçinin 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan yeni sosial rolik cari ilin 13 iyun tarixindən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 dayanacağında yerləşən avtobus informasiya terminal monitorlarında işıqlandırılır.