Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, həmçinin 26 iyun BMT-nin “Narkotiklə Mübarizə Günü” ilə əlaqədar narkomaniya, onun doğurduğu fəsadlar və sair barədə əhalinin məlumatlandırılması məqsədilə hazırlanan yeni rolik cari ilin 14 iyun tarixindən etibarən Bakı şəhərinin 15 elektron reklam tablosunda işıqlandırılır.
Narkomanlığın ziyanı ilə bağlı məlumatları özündə əks etdirən sosial rolikin yayımlandığı ünvanlar:
1. R.Behbudov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi
2. R.Behbudov küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi
3. R.Behbudov küçəsi, XDU-nin qarşısı
4. Bakıxanov küçəsi ilə C.Memmedquluzade küçəsi kəsişməsi
5. İnşaatçılar prospekti, MSİ-nin qarşısı
6. Y.Səfərov küçəsi ilə Neftçilər prospekti kəsişməsi
7. Y.Səfərov küçəsi ilə A.Quliyev küçəsi kəsişməsi
8. 28 may küçəsi ilə Puşkin küçəsi kəsişməsi
9. Y. Səfərov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi
10. Ü.Hacıbəyov küçəsi ilə Azadlıq prospekti kəsişməsi
11. S.Vurğun küçəsi
12. Qubanov küçəsi ilə S.Əsgərova küçəsi kəsişməsi
13. Fəvvarələr meydanı
14. Tbilisi prospekti ile H.Əliyev küçəsi kəsişməsi
15. S.Vurğun küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi