26 iyun- Narkotik maddələrin sui-istifadəsinə və qanunusuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününə həsr olunmuş konfrans keçirilmişdir

    Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 23 iyun tarixində Gənclər və İdman Nazirlliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik maddələrin sui-istifadəsinə və  qanunusuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününə həsr edilmiş “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir.

   Konfransda Gənclər və İdman nazirinin müavini, Dövlət Komissiyasının üzvü İntiqam Babayev, Nazirlər Kabineti hərbi və inzibati orqanlar şöbəsi müdirinin müavini Ceyhun Hüseynov, Gənclər Fondunun icraşı direktoru Fərhad Hacıyev, Milli Məclisin üzvü Şahin İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini, Dövlət Komissiyasının üzvü Vaqif Eyvazov, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev,  Dövlət Komissiyasının üzvü, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bakı şəhəri üzrə yerli komissiyaların sədrləri və digər aidiyyəti dovlət orqanlarının nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişdir.  Mövzu ətrafında çıxış edən məruzəçilər narkomanlıqla mübarizə sahəsində gənclər təşkilatlarının da əhəmiyyətini nəzərə alaraq, aidiyyət dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətdə maarifləndirmə tədbirlərinə diqqətin artırılmasının zəruriliyini vurğuladılar.

   Sonda  tədbir iştirakçıları Gənclər və İdman Nazirlliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və aidiyyəti qeyri-hökümət təşkilatlarının narkomanlıqla mübarizə sahəsində görülmüş işlərə dair hazırlanmış lövhələrinə o cümlədən Dövlət Gömrük Komitəsi tərəfindən mövzu barədə təşkil edilən rəsm sərgisinə baxış keçirildi.




Baxılıb: 1159