Dövlət Komissiyasının İşçi qrupu ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirməkdədir

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının  icrası, həmçinin  “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar narkomaniya, onun doğurduğu fəsadlar və sair barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanan “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo iki formada 2016-cı ilin 24 iyun tarixindən (4 gün müddətində) Bakı şəhəri üzrə intelektual məlumat informasiya tablolarında nümayiş olunur.




Viewed: 1006