İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir

   2016-cı ildə ictimai maarifləndirmə tədbirləri çərçivəsində Bakı şəhərinin 34 avtobus dayanacağında və 2 yeraltı piyada keçidində sosial xarakterli lövhələr yerləşdirilmiş və cari ildə də nümayişi davam etdirilir.

   Eyni zamanda qeyd olunan istiqamətdə görülən işlərin davamlılığını və əhatəsinin genişləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il ərzində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan sosial lövhələr Bakı şəhər ərazisi üzrə 50 (ümumilikdə 84) avtobus dayanacağında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.




Baxılıb: 1369