Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanır.

   Azərbaycan  Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik   Vasitələrin     Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə   üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə  və  narkomanlığa  qarşı  mübarizəyə  dair   2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar növbəti seminar-məşğələlərin cari ilin aprel ayı ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə Respublikanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Beyləqan, Ağcabədi, Tərtər, Naftalan, Goranboy rayonlarında keçirilməsi nəzərdə tutulur.

   Təlim çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün seminar-məşğələlər keçiriləcək, iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunacaqlar.




Baxılıb: 1453