Tovuz rayonunda təlim-məşğələ keçirilmişdir

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Tovuz  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə  cari ilin 05 aprel tarixində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələ keçirilib.

   Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.

   Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyəti orqanların əməkdaşlarıı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

   Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1358