İctimai maarifləndirmə çərçivəsində yeni sosial lövhələr quraşdırılıb

   İctimai təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 300x600 sm ölçüdə sosial lövhələr 2017-ci ilin may ayından etibarən mövcud olanlara əlavə olaraq Bakı şəhəri üzrə 10 küçədə quraşdırılmışdır.

   Qeyd olunan sosial layihə çərçivəsində hal-hazırda ümumilikdə şəhər üzrə 23 lövhənin yerləşdirilməsi təmin edilmiş və cari il ərzində bu istiqamətdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.




Baxılıb: 1505