26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 22 iyun tarixində Avrasiya Universitetində maarifləndirmə xarakterli tədbir keçirmişdir.

  Tədbirdə tələbələr yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilmiş, o cümlədən antinarkotik təbliğat işinə tələbə təşkilatlarının qoşulmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

     Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.




Baxılıb: 1668