Lerik rayon komissiyasının təşkilatçılığı ilə “26 iyun-BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

   Rayon komissiyasının təşkilatçılığı ilə 21 iyun 2017-ci ildə “26 iyun - BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar yeniyetmə, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Narkotiklərə Yox deyək!”devizi altında maarifləndirici tədbir keçirilmişdir.

  Tədbir ağ ölümün yaratdığı problemlərlə bağlı qısametrajlı  sənədli filmin mümayişi ilə başlamışdır.Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev,  rayon təhsil şöbəsinin əməkdaşı Mehman Rəcəbov,  YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov tədbirdə  çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın, hepatit, QİÇS və s. kimi təhlükəli xəstəliklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar, cəmiyyətə və ailəyə vurduğu ziyanlar barədə məlumat vermiş, yeniyetmə və gənclər rayon təşkilatlarının tədbir və kampaniyalarında fəal iştiraka dəvət olunmuşdur. İştirakçılara maarifləndirici buklet – kitabçalar paylanmışdır.




Baxılıb: 1468