Qəbələ rayon komissiyası tərəfindən 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qəbələ rayon komissiyası tərəfindən narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına  vurduğu ziyan barədə əhalinin məlumatlandırılması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə tədbir keçirilib.




Baxılıb: 1229