467 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 05 iyul 2017-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 276 məhkəmə hökmü ilə müsadirə olunmuş 467 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 2979 ədəd psixotrop maddələr və 8700 ədəd çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

   Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 264 kq 997,22 qr marixuana, 49 kq 773,026 qr heroin, 116 kq 287,118 qr tiryək, 16 kq 232,41 qr həşiş qətranı, 39,583 qr kokain və 5 kq 62,68 qr xaş-xaş kütləsi təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 12 milyon manat təşkil edir).

  Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 2064