Narkotiklərin ziyanı ilə bağlı SMS-bildirişin 7 milyona qədər abunəçiyə göndərilməsi təmin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4 Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələrinin (DK İşçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-82-44) göndərilməsi təmin edilib.

   Belə ki, cari ilin 13 iyul tarixindən 20 avqust tarixinədək ölkə ərazisində fəaliyyət göstərən “Azercell Telekom” MMC, “Bakcell” MMC, “Azərfon” MMC mobil operatorları tərəfindən sosial mətnli bildiriş sms formasında mərhələli qaydada ümumillikdə 7 milyona qədər abunəçiyə ünvanlanmışdır.




Baxılıb: 1408