Narkotiklərin fəsadlarını əks etdirən sosial rolik “Azərbaycan” kinoteatrında nümayiş olunur

   Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı sosial rolik cari ilin 15 mart tarixindən etibarən ölkəüzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall”, “Gənclik Mall” və “Amburan Mall”) filmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanır.

   Eyni zamanda narkotiklərin məhvedici təsiri barədə aydın təsəvvür yaradan həmin sosial rolik cari ilin 15 sentyabr tarixindən etibarən “Azərbaycan” kinoteatrında da nümayişinə başlanılmışdır.




Baxılıb: 1482