İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, narkomaniya, onun doğurduğu fəsadlar və sair barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanan sosial rolik cari ilin 14 iyun tarixindən hazırki vaxta qədər Bakı şəhərinin 15 elektron tablosunda işıqlandırılır və əlavə olaraq sentyabr ayından etibarən şəhər üzrə mövcud olan digər monitorlarda da yayımlanması təmin edilmişdir.




Baxılıb: 1364