Avropa İttifaqı-Azərbaycan əməkdaşlıq Komitəsinin iclası keçirilib

   Cari ilin 16-17 oktyabr tarixlərində Brussel şəhərində keçirilən Avropa İttifaqı-Azərbaycan əməkdaşlıq-Komitəsinin 6-cı iclasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə iştirak etmişdir.

    İclasın gündəliyinə müvafiq olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nınhəyata keçirilməsi üzrə Tədbirlər Planının icrası, ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda 2016-cı ilə dair narkotiklərə nəzarət sahəsində azərbaycan və ingilis dilində hazırlanmış “Ölkə Məruzəsi” qarşı tərəfə təqdim olunmuşdur.

    Həmçinin tədbirdə Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometrinin Ermənistanın nəzarəti altında olduğu və həmin ərazilərdə ermənilər tərəfindən narkotik maddələrin əkilib-becərilməsi, xüsusi laboratoriyalarda emal edilməsi və müxtəlif ölkələrə göndərilməsi vurğulanıb.

 




Baxılıb: 1152