Sumqayıt şəhərində maarifləndirici tədbir keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.4-cü bölməsinin icrası ilə əlaqədar cari ilin 31 oktyabr tarixində Dövlət Komissiasının İşçi Qrupunun təşəbbüsü Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində  maarifləndirmə xarakterli tədbir keçirilmişdir. 

   Tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.




Baxılıb: 1471