Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 11 saylı internat məktəbində tədbir keçirilib

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 06 noyabr 2017-ci il tarixdə Sabunçu rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 11 nömrəli İnternat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

   Keçirilmiş tədbirin rəsmi hissəsindən öncə şagirdlər tərəfindən narkomaniyanın törətdiyi fəsadlar barədə hazırlanmış rəsm sərgisi nümayiş olundu.

  Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Təhsil nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək,  narkotiklərin insan sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbəsi, cəmiyyətin inkişafını ləngitməsi və törətdiyi sosial bəlalar və bu neqativ halların atradan qaldırılmasının zəruriliyi barədə ətraflı məlumat verdilər. O cümlədən, şagirdlərə asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın əhəmiyyəti geniş şəkildə izah edildi.

  Həmçinin toplantı çərçivəsində şagirdlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışdır.

   Tədbir  İctimai televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 1320