6 saylı cəzaçəkmə müəssisəsində “Həyatla oyun” tamaşası nümayiş olunub.

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası cari ilin 16 noyabr tarixində 6 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa çəza çəkən məhkumlarda narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaratdı.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. eyni zamanda cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.




Baxılıb: 1466