Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişdir.

   Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Sabunçu Rayon Polis İdarəsinin  təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 06 dekabr 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin akt zalında tədbir keçirilmişdir.

  Tədbirdə Rayon Polis İdarəsinin rəisi, Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.      

   Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

 




Baxılıb: 1414