Narkomaniya bəşəriyyətin bəlasıdır

Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd olunur.

Bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsi təşkil edilir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının 4.1.11-ci bəndinin icrasına müvafiq olaraq Suraxanı rayonunda narkomanlığa qarşı mübarizəyə vətəndaşların cəlb olunması üçün  fəaliyyət göstərən etimad telefonu (012) 452-05-77 vasitəsilə məlumatın verilməsinə şərait yaradılmışdır.

Narkotik vasitələrin daşınmasının qarşısını almaq üçün rayonun hüquq-mühafizə orqanları davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti problemin ciddiliyini nəzərə alaraq rayonun hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyalar həyata keçirir.

Rayon İcra Hakimiyyəti  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrası ilə əlaqədar 2017-ci ilin ötən dövrü ərzində Suraxanı Rayon Heydər Əliyev Mərkəzində, Gənclər evində, Səttar Bəhlulzadə və Qurban Abbasov adına Mədəniyyət saraylarında, rayonun digər mədəniyyət ocaqlarında, rayonun tam orta məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya “yox” deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda silsilə maarifləndirici tədbirlər, diskussiyalar, tam orta məktəblərdə açıq dərslər, rəsm və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışlarının keçirilməsini təşkil etmişdir.

3 mart 2017-ci il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər evində narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının 4.4.23-cü bəndinə uyğun olaraq narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması istiqamətində təlim-məşğələ keçirilmişdir.

Təlim-məşğələyə rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi, uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, rayonun tam orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqları və tibb işçiləri cəlb olunmuşlar.

Təlim-məşğələdə rayon İcra Hakimiyyəti baçısının müavini Afət Həsənova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun böyük referenti Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədirova çıxış etmişlər.

Bu mühüm Dövlət Proqramının icrası ilə əlaqədar 16 mart 2017-ciil tarixdə Suraxanı Gənclər evində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” devizi altında maarifləndirici tədbir keçirilmişdir. Rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə məktəblilərin narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir zamanı məktəblilərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə məlumat verilmişdir.

11 aprel  2017-cı il tarixdə 232 saylı tam orta məktəbdə Bülbülə qəsəbəsində yerləşən tam orta məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rəsm  müsabiqəsi keçirilmişdir.  Müsabiqədə 200 şagird iştirak etmişdir. 19 aprel 2016-cı il tarixdə   rayonun Yeni Suraxanı qəsəbəsində yerləşən tam orta məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. 22-23 aprel 2017-ci il tarixlərdə “Narkomaniya və terrorizm əleyhinə!” kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında turnir keçirilmişdir. Turnir iştirakçılarına turnir başlamazdan qabaq “Sağlam həyat-sağlam gələcək deməkdir” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xususi bukletlər paylanılmışdır. 25 aprel 2017-ci il  tarixdə Qurban Abbasov adına Mədəniyyət sarayında Qaraçuxur qəsəbəsində yerləşən tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi-maarifləndirici tədbir keçirilmişdir. Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirin sonunda Bakı Uşaq Teatrının aktyorlarının mövzuya aid  hazırladıqları  tamaşa göstərilmişdir. Tədbir iştirakçılarına  mövzuya aid bukletlər paylanılmışdır. 28 aprel 2016-cı il  tarixdə Zığ Mədəniyyət evində “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi-maarifləndirici tədbir keçirilmişdir.  3 may  2017-ci il tarixdə Hövsan qəsəbəsində yerləşən tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 280 nömrəli tam orta məktəbdə “Narkomaniyaya aparan yol!” devizi altında  tədbir keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirin iştirakçılarına zərərli vərdişlərə aludəçiliyin aqibəti haqqında geniş məlumat verilmiş,  bu yola düşənlər üçün geriyə yol olmadığı haqqında geniş müzakirələr aparılmış, tədbir iştirakçılarına maarifləndirici kitabçalar  və  bukletlər paylanmışdır. 18 may 2017-ci il tarixdə Suraxanı Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” devizi altında maarifləndirici tədbir keçirilmişdir. “Dialoq - gənclərin diskussiya klubu” İctimai Birliyinin və rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə məktəblilərin narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar 23 iyun 2017-ci il tarixdə Gənclər evində “Gənclər narkotiklərə “yox” deyir!” mövzusunda rayon gənclərinin iştirakı ilə “dəyirmi masa” və tam orta məktəb şagirdlərinin əl işlərindən ibarət  rəsm sərgisi keçirilmişdir. Keçirilən maarifləndirmə işinin nəticəsi rəsm sərgisində iştirak edən şagirdlərin təsəvvürlərinin məhsulu olan rəsmlərində öz təzahürünü tapmışdır. Sonda rayon İcra Hakimiyyətinini sifarişi ilə hazırlanmış  bukletlər yeniyetmə və gənclərə paylanılmışdır.

29 sentyabr 2017-ci il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində gənclər və yetkinlik yaşına çatmayanlarla “Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Sonda mütəxəssislər tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırmışlar. 16 noyabr 2017-ci il tarixdə “Gənclər narkomaniyaya “yox” deyir!” devizi altında muay-tay idman növü üzrə turnir keçirilmişdir. Turnirdə 300  idmançı iştirak etmişdir. Turnir iştirakçılarına yarış başlamazdan qabaq “Narkomaniya və onun fəsadları” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xususi bukletlər paylanılmışdır.

1 dekabr 2017-ci il tarixdə Gənclər evində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər qeyd etmişlər  ki,  narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri çıxış etmişlər.

14 dekabr 2017-ci il tarixdə 146 nömrəli tam orta məktəbdə, 19 dekabr 2017-ci il tarixdə isə  97 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyətinin və Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!”  mövzusunda tədbirlər keçirilmişdir. Cari ilin ötən dövrü ərzində keçirilmiş tədbirlərdə ümumilikdə 6000-dən çox uşaq, yeniyetmə və gənc iştirak etmişdir.

Suraxanı Rayon Polis İdarəsinin NMB-nin və PB-nin əməkdaşları tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə cari ilin ötən dövrü ərzində müvafiq məqsədyonlü əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

2017-ci ilin doqquz ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 20 cinayət faktı aşkar olunmuşdur. Onlardan 8 narkotik vasitələrin saxlanması, 12 fakt narkotik vasitələrin qanunsuz satışı ilə əlaqədar olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 15 kg 948.018 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Suraxanı rayonunda ümumbəşəri bəla olan narkomaniyaya qarşı mübarizə davam etdirilir.

Barxudar Barxudarov,

Suraxanı Rayon İcra Hakimiyyəti
başçısı aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri 




Baxılıb: 12575