Nizami rayonunda “Narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilib

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  2018-ci il üçün İş Planında aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə,habelə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planınına uyğun olaraq Nizami Rayon Polis İdarəsi ilə birgə 15 fevral 2018-ci il tarixində 229  №-litam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniyaya yox deyirik!”  mövzusunda maarifləndici tədbir keçirilib.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və 229 №-li tam orta məktəbin direktoru Fəridə Bağırova çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar.

   Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.

   Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunmuşdur.




Baxılıb: 2411