5 saylı cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir keçirilib.

  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 20 aprel tarixində 5 saylı cəzaçəkmə müəssisəsində profilaktik tədbir həyata keçirilib.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.

  Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.




Baxılıb: 1577