26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ilə əlaqədar şəhər/rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə cari ilin iyun ayı ərzində silsilə tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

  Tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunacaq.




Baxılıb: 1374