26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Yasamal rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

   26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Yasamal rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 13 iyun tarixində  maarifləndirmə xarakterli tədbir keçirmişdir.

  Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, rayon təşkilatlarının rəhbərləri, psixoloqlar və müəllimlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Tədbir iştirakçıları narkomaniya ilə bağlı rayon məktəblilərinin hazırladıqları rəsmlərdən ibarət sərgiyə baxış keçirmişdilər.

     Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

 




Baxılıb: 1403