Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin quraşdırılması işləri davam etdirilir

  Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarının davamı olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədi ilə  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan lövhələr cari ilin iyun ayının 10-dan Bakı şəhəri üzrə Xəzər rayonu ərazisində,  Hüseyn Cavid, Ziya Bünyadov prospektlərində, Ukrayna dairəsində və  Koroğlu Rəhimov küçəsində quraşdırılmışdır.

   

 




Baxılıb: 1390