Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    05.06.2018-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndində qeydiyyatla yaşayan Cəmilov Azər Aydın oğlu Şəki ŞRPŞ-nə ərizə ilə müracət edərək özünə məxsus Şəki rayonu, Baş Göynük kəndinə aid olan, Kəngərli adlanan ərazidə yerləşən torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının olmasını bildirmişdir. Ərizə əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və hər birinin hündürlüyü 110-190 sm, ayı-ayrılıqda çəkiləri 160-240 qram, ümumi sayı 3016 ədəd olmaqla, ümumi çəkisi 602 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

   09.06.2018-ci il tarixdə Şəki şəhər Bələdiyyəsinin rəhbərliyi tərəfindən Şəki ŞRPŞ-nə ünvanlanmış məlumatda Şəki rayonu, Öryət kəndi yaxınlığında yerləşən Şəki Şəhər Bələdiyyəsinə məxsus 1 hektar otlaq üçün buraxılmış torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının bitməsi göstərilmişdir. Məlumat əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilərkən həmin ərazidə hər birinin hündürlüyü 130-160 sm, ayı-ayrılıqda çəkiləri 170-210 qram, ümumi sayı 6180 ədəd olmaqla, ümumi çəkisi 1 ton 176 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

   11.06.2018-ci il tarixdə Şəki şəhəri, Nizami küçəsində yaşayan Azaqov İlqar Rəsul oğlu Şəki ŞRPŞ-nə ərizə ilə müracət edərək özünə məxsus 0,06 ha torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının olmasını bildirmişdir. Ərizə əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və hər birinin hündürlüyü 40-50 sm, ayı-ayrılıqda çəkiləri 18-20 qram, ümumi sayı 4311 ədəd olmaqla, ümumi çəkisi 82 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki   ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.




Baxılıb: 2740