Qəbələ rayonu ərazisində 3 ton 700 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

 Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsi ərazisində 6000 ədəd, ümumi çəkisi 3 ton 700 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 1351