26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qazax rayonunda tədbirlər təşkil olunub.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə cari ilin 21-25 iyun tarixlərində Qazax Rəsm Qalareyasında rəsm sərgisi, Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Qazax rayon Gənclər Mərkəzində komissiya üzvlərinin və rayonda fəaliyyət göstərən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunmuşdur.




Baxılıb: 1330